"Xaricdə azərbaycanlı futbolçulara tələbat azdır" - VİDEO

17 Fevral 18:00 Problem 335
"Xaricdə azərbaycanlı futbolçulara tələbat azdır" - VİDEO

"Xaricdə bizim futbolçulara tələbat azdır".

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

ATV kanalında yayımlanan "Futbolumuz" verlişində danışan tanınmış teleşərhçi mövcud problemə diqqət ayırıb.

O bildirib ki, Avropada azərbaycanlı oyunçulara maraq çox aşağı səviyyədədir. Müsahib bunun səbəbi kimi bir neçə amili göstərib.

Həmçinin qeyd edib ki, bizim futbolçuların da ölkədən kənara çıxmaq həvəsi yüksək deyil.

Abbasov deyib ki, Premyer Liqa klubları yaxşı əməkhaqqı təklif etdiyindən, onlar legioner həyatı yaşamağa barmaqarası yanaşır.

Ekspertin fikrincə, AFFA İcraiyyə Komitəsinin legioner limitini ləğv etməsi ilə yerli bazarda qiymətlər aşağı düşəcək və bu da oyunçuların istər-istəməz xaricə üz tutmasına təkan verəcək.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”