Juninyo yeni komandasında gözləmədiyi problemlə üzləşdi - PİS HADİSƏ

16 Fevral 01:00 Problem 13 601
Juninyo yeni komandasında gözləmədiyi problemlə üzləşdi - PİS HADİSƏ

Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, lider “Flamenqo” öz meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Qolu 55-ci dəqiqədə V.Optis vurub.

“Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb. Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu yerə yıxılıb və əvəzlənməsini istəyib. Onun yerinə meydana Bruno Enrike çıxıb.

Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”