20 yanvar dairəsində tıxac probleminə çarə tapıldı - VİDEO

07:30 Problem 222
20 yanvar dairəsində tıxac probleminə çarə tapıldı - VİDEO

20 yanvar dairəsində tıxaclar tarixə qovuşa bilər.

Belə ki, dövlət proqramına əsasən, 2025-2026-cı illərdə 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır.

Dairədə sıxlığa əsas səbəb olan Ziya Bünyadov prospektindən gələn nəqliyyat axınının həlli gözlənilir.

Ekspert Ərşad Hüseynov təklif edir ki, ümumilikdə paytaxtda, 20 yanvar dairəsində sıxlığın azaldılması üçün Ziya Bünyadov prospekti boyu bir neçə zəruri həllər həyata keçirilməlidir. İlk növbədə Ziya Bünyadovun azadlıq prospekti ilə kəsişmədəki butulka effekti aradan qaldırılmalıdır

Paralel olaraq Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi də həyata keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti