![“Azərbaycan deyir ki..."](https://www.sportinfo.az/media/2025/02/06/pasinyanyeni.png)
“Ermənistan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın müzakirələri zamanı deyib.
“Azərbaycan deyir ki, üçüncü dövlətin qoşunları Ermənistan-Azərbaycan sərhədində olmasın və açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurur. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrinə onları yerləşdirməməyi təklif edirik”, - deyə Paşinyan qeyd edib.