COP29

“Özümə baxıb deyirəm ki, sən nə günə düşmüsən?” - VİDEO

02:40 Problem 76
“Özümə baxıb deyirəm ki, sən nə günə düşmüsən?” - VİDEO

Azərbaycan həndbol yığmasının sabiq kapitanı İranə Yaqubova narkotik vasitələrdən istifadə edirmiş.

Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış bloqer Nail Kəmərli paylaşım edib.

Paylaşımda “Azəryol” və ABU klublarında çıxış etmiş həndbolçu özü danışıb və narkotik vasitələrdən əziyyət çəkdiyini etiraf edib:

“Mən necə düşmüşəm, bilmirəm. Hərdən özümə oturub baxanda deyirəm ki, İranə, sən nə günə düşmüsən? Belə olmamalı idin.

İdmana qayıtmaq istəyirəm. Yuxuda da görürəm ki, idmana qayıdıram, məşq edirəm, qollar vururam”.

İ.Yaqubova 20 ilə yaxın həndbolla məşğul olub. O, hücumçu kimi milli komandamızda da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti