COP29

İrəvan Bakının əsas tələbini qəbul etmədi

07:50 Problem 114
İrəvan Bakının əsas tələbini qəbul etmədi

“Aİ səfirləri Ermənistanda mülki missiyanın genişləndirilməsi ilə bağlı qərarı təsdiqləyiblər”.

Bu barədə “Azatutyun” məlumat dərc edib.

Aİ-nin Brüsseldəki səfirləri Avropa İttifaqının Ermənistandakı mülki missiyası ilə bağlı qərarı təsdiqləyiblər. Buna əsasən avropalı müşahidəçilər daha iki il – 2027-ci il fevralın 19-dək Ermənistanın sərhəd rayonlarında qalacaqlar.

Belə ki, Avropa İttifaqı missiyanın iki il əvvəl verdiyi mandatı dəyişməz olaraq saxlayıb. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı da (165 beynəlxalq və 44 erməni heyəti) dəyişməz qalacaq.

Aİ-nin Ermənistandakı missiyasının fikrincə, bu qərar yaxın gələcəkdə ittifaqa üzv ölkələrin xarici işlər nazirləri tərəfindən də təsdiqlənməlidir. Amma bu, formal xarakter daşıyır. Çünki onların təmsil etdikləri ölkələr layihənin lehinə səs veriblər.

Missiyanın müşahidə zonası bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanır.

Rəsmi Bakı Aİ missiyasının sərhəddən çıxarılmasını əsas şərtlərdən biri kimi irəli sürmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”