COP29

XƏBƏRDARLIQ: Bu məlumatı bacı-qardaşınıza da verməyin! - VİDEO

07:30 Problem 87
XƏBƏRDARLIQ: Bu məlumatı bacı-qardaşınıza da verməyin! - VİDEO

Daxili İşlər Nazirliyi son vaxtlar artan kiberoğurluq və kiberdələduzluq cinayətləri ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.

Müraciətdə son vaxtlar müxtəlif şəxs və qrupların bu əməllərdə süni intellektin imkanlarından geniş istifadə etdiyi, hətta müxtəlif şəxslərin səslərinin belə eyniləşdirildiyi bildirilib.

Bu səbəbdən vətəndaşların onlara edilmiş zənglərin etibarlılığına da şübhə ilə yanaşmasının, hətta ailə üzvlərinə belə kart məlumatlarını verməməsinin vacibliyi vurğulanıb.

Daha ətraflı videoda:

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”