COP29

Bişmiş toyuğun da gülməyi gəlir - Meydançası olmayan meydan sahibləri

28 Yanvar 17:20 Problem 441
Bişmiş toyuğun da gülməyi gəlir - Meydançası olmayan meydan sahibləri

Çox gülməlidi ey, “Kəpəz” Tovuzda “Turan”la oynayır, şərhçi “Kəpəz”i meydan sahibləri kimi təqdim edir.

Mən uşaq olandan “Araz-Naxçıvan” “Araz” adlanıb, niyə ona “Naxçıvan” sözünü əlavə ediblər?

Hamı “Araz” adı eşidəndə bilir ki, söhbət Naxçıvan klubundan gedir.

Meydançası olmayan meydan sahibləri

Eləcə də bu sözlər “Turan Tovuz”a da aiddir. Eləcə də vaxtilə “Qarabağ” “Qarabağ-Azərsun” adlanırdı. Biz o vaxt məsələ qaldırdıq ki, bu düz deyil. Sağ olsunlar ki, sonra “Azərsun” sözünü çıxardılar.

“Araz-Naxçıvan” da Bakının stadionlarının birində, deyək ki, Mərdəkanda Bakının “Neftçi” klubunu qəbul edir, şərhçi “Araz-Naxçıvan”ı meydan sahibləri elan edir. Bişmiş toyuğun da gülməyi gəlir.

Əslində şərhçilər belə ifadə etməlidir: “Meydançası olmayan meydan sahibləri”.

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 16:20 "Qarabağ" yolda - FOTOLAR