“Bəzən fərdi, bəzən də məşqçi ilə çalışıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ingiltərəli hücumçu Natan Oduva deyib.
2022-ci il yanvardan maya qədər “Keşlə”nin uğurları üçün tər tökən, 2022/23 mövsümündə Tovuz təmsilçisində çıxış edən “Tottenhem”in yetirməsinin buradakı çıxışı pis alınmamışdı.
Sezonboyu 32 oyunda meydana çıxaraq 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan Oduvanın növbəti “futbol ili”ndə də “Turan Tovuz”un uğurları üçün tər tökəcəyi gözlənilsə də, .əksi yaşandı.
“Turan Tovuz”dan ayrılandan sonra Cənubi Koreyadan “Chunbuk Cheongju” ilə müqavilə bağlayan forvard ötən ilin mayından bu yana işsizdir.
Onun gələcəklə bağlı planları necədir? Dinləyək:
“Formada qalmaq üçün səy göstərirəm. Hazırda azad agent statusu daşıyıram.
“Qış pəncərəsi” hələ açıqdır. Ümid edirəm ki, karyeramı hansısa klubda davam etdirəcəm”.