COP29

“Allaha and olsun, göz yaşlarımı saxlaya bilmədim!” – Yanıb-yaxıldı

23 Yanvar 21:20 Problem 258
“Allaha and olsun, göz yaşlarımı saxlaya bilmədim!” – Yanıb-yaxıldı

“Bakıda olanda bazanın son halını gördüm. İnanın, elə pis təsir etdi ki, mənə”.

“Bakı”nın Rusiyada yaşayan sabiq futbolçusu Əziz Quliyev vətənə səfər edərkən yolunu Biləcəridən salıb.

Vaxtilə klubun bazasının və akademiyasının yerləşdiyi ərazi, bildiyiniz kimi, yerlə bir edilib və yerində hündür mərtəbəli binalar tikilib.

Uzun illər “zolaqlılar”ın şərəfini qoruyan müdafiəçi həmin mənzərə ilə rastlaşanda göz yaşlarında boğulub:

“Dayanıb bir müddət o yerlərə baxdım. Allaha and olsun, bazanın söküldüyünü görəndə göz yaşlarımı saxlaya bilmədim.

Oradakı meydanlarda nə qədər məşq etmişdim, oynamışdım, bir müddət bazada yaşamışdım. Həyatımın bir neçə ili məhz “Bakı”nın bazasında keçmişdi.

Heyif, o cür baza və klub yox olub getdi. Halbuki, oranı qoruyub-saxlamaq AFFA-nın üzərinə düşən iş idi. O gözəllikdə bazanı necə ürək edib sökmək olardı?”

Hazırda məşqçiliklə məşğul olan keçmiş cinah üzvü Azərbaycanda “Karvan”, “Bakı”, “İnter”, “Neftçi”, “Rəvan”, “Xəzər” kimi komandaların heyətində 83 görüşdə meydana çıxmaqla 2 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 19:50 Çək və bizə göndər!
23 Yanvar 03:20 "Bəsit səhvlər etdik"