COP29

"Risk etmək istəmirik" - “Qarabağ”ın rəqibində daha bir itki

04:30 Problem 113
"Risk etmək istəmirik" - “Qarabağ”ın rəqibində daha bir itki

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan FCSB-nın zədəli futbolçularının durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu Rumıniya klubunun idman direktoru Mihay Stoyka açıqlayıb.

O bildirib ki, Antalya toplanışında zədələndiyi üçün 3 ay meydanlardan kənar qalacaq Darius Olaruya daha bir futbolçu qoşulub.

Klub rəsmisi Oktavian Popeskunu da itirdiklərini qeyd edib:

“Oktavian azı 2 ay oynamayacaq. Düzdür, zədə ilk baxışdan ciddi görünmür. Amma risk etmək istəmirik.

Onun yaxşı formada tam hazır qayıtmasını istəyirik. Onun mövqeyində Aleksandru Musi, Mihay Toma və Aleksandru Stoyan oynaya bilər".

“Qarabağ” – FCSB oyunu yanvarın 23-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 03:10 Liqada GÜNÜN ADAMLARI