COP29

Ölkəmizdə meymunçiçəyinə yoluxan şəxsin vəziyyəti açıqlandı

07:10 Problem 87
Ölkəmizdə meymunçiçəyinə yoluxan şəxsin vəziyyəti açıqlandı

Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.

Bu barədə “qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda həmin şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır.

Səhiyyə Nazirliyindən isə sorğumza cavab olaraq bildirilib ki, ölkə ərazisində meymunçiçəyi virusuna yeni yoluxma halı qeydə alınmayıb.

4 gün əvvəl Səhiyyə Nazirliyi və TƏBİB 22 yaşlı Azərbaycan vətəndaşında meymunçiçəyi virusunun aşkarlanması ilə bağlı birgə məlumat yaymışdı.

Həmin şəxsin bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etdiyi deyilirdi.

Xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada müayinəsi nəticəsində onda meymunçiçəyi virusu olduğu təsdiləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti