COP29

Mahir Emreli saçını kimin sözüylə bəzəyib - Sevgilisinin, yoxsa..?

21 Yanvar 15:00 Problem 700
Mahir Emreli saçını kimin sözüylə bəzəyib - Sevgilisinin, yoxsa..?

Mahir Emreli yenə gündəmdədir.

Altı həftədir II Bundesliqada qol vura bilməməsinə rəğmən.

«Nürnberq»u ötən həftələrdə sevindiməyi bacarmayan hücumçu bu dəfə yeni saç düzümü ilə saytlara manşet olub. Saçını ağ rəngə boyanan Mahir «Karlsrue»yə qarşı 18-ci tur qarşılaşmasını boş keçirdi.

45+2-ci dəqiqədəsində sarı vərəqə alan, 71-ci dəqiqədə isə Şleymerlə əvəzlənən forvardın «qol orucu»nu nə vaxt pozacağını böyük səbirsizliklə gözləyirik.

Çox istəyirik ki, Mahirin vurduğu qollardan, «Nürnberq»ə qazandırdığı qələbələrdən danışaq.

Onu deməliyik ki, bunu əvvəlcə millimizin oyunçusunun özü fikirləşməlidir. Qoy, fikirləşsin də, bu, Mahirin borcu, vəzifəsi və borcudur.

Saç rəngini dəyişməklə bəlkə də o, fart tutub. Ona düşərli olub-olmayacağını sınamaq istəyib.

Ola bilsin, hansısa komanda yoldaşıyla nədənsə mərc gəlib, uduzub, odur ki, saçını boyayıb.

Ya da ki, Almaniyadakı sevgilisinin sözü, xahişi, yaxud tələbi ilə imicinə «əl gəzdirib».

Biz bunların heç birini dəqiq bilmirik, sadəcə, təxminlərimizi söyləyirik.

Gercək səbəb nədir, niyə belə edib - Mahir nə vaxt danışar, məlumatımız olar.

Öz dilindən eşitməyi arzuladığımız yalnız bu deyil, əslində.

Ümumiyyətlə, karyerasının qarşıdakı illəri ilə bağlı nə düşündüyünü bilmək maraqlıdır. Axı «Nürnerq»lə müqaviləsinin bitməsinə sayılı aylar qalıb.

Miorslav Kloze Mahiri 6 həftədən bir qol vurmaq üçün Almaniyaya dəvət etməyib. Ötənlərin məşhur hücumçusu ondan hər oyundan qol və ya qol pası gözləyir.

Mahir aradabir, ayda bir dəfə, iki ayda bir dəfə adını tabloya yazdıracaqsa, «Nürnberq»in müqaviləni yeniləyəcəyi az inandırıcıdır.

Almaniya «böyük beşlik» ölkəsidir. Mahir II Bundesliqanı Avropanın ortabab futbol ölkələrindən hər hansı birini dəyişsə, bu yaşda onun karyerasının qüruba doğru yön almasından təəssüf hissi ilə yazmalı olacağıq.

Belədə reytinqi və qiyməti sürətlə aşağı düşəcək hücumçu milliyə nə fayda verəcək, gənclərə nə nümunə olacaq?

Lap istəyir saçını qırmızı rəngə boyasın, təki oyunu və qollarıyla köksümüzü qabartsın.

Özünə gəl, Mahir, medianın şou səhifələrini bəzəmə ta! Bu, səni uçuruma doğru aparır, ayıl!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti