İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor cinsi təcavüzə görə yenidən məhkəməyə verilib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Front Office Sports" məlumat yayıb.
Qadın məhkəməyə müraciət edərək, Makqreqorun 2023-cü ilin iyunun 9-da "Mayami Hits" - "Denver Naggets" NBA oyunu zamanı onu kişilər otağına sürüklədiyini və təcavüz etdiyini bildirib.
O, 2023-cü ilin iyununda polisə şikayət edib. Lakin Florida Ştat Prokurorluğu Makqreqora qarşı ittiham irəli sürməkdən imtina edib.
2024-cü ilin noyabrında Makqreqor növbəti zorlamaya görə mühakimə olunub. Qadın bildirib ki, döyüşçü və dostu Ceyms Lourens otel otağında ona təcavüz ediblər. Hadisə 2018-ci ildə baş verib.