Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah qeydə alınıb.
Hesabat dövründə 19597 boşanma halları qeydə alınıb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.
Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.