COP29

“Darıxıram, ümid edirəm ki, yaxın gələcəkdə bizi geri qaytarmağa başlayacaqlar”

02:00 Problem 476
“Darıxıram, ümid edirəm ki, yaxın gələcəkdə bizi geri qaytarmağa başlayacaqlar”

Moskva "Dinamo"sunun qapıçısı Andrey Lunyov avrokuboklar üçün darıxdığını bildirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı kiper Rusiyanın "sport24" saytına açıqlamasında deyib:

“Hər kəs kimi, mən də avrokuboklar üçün darıxıram. Ümid edirəm ki, yaxın gələcəkdə bizi geri qaytarmağa başlayacaqlar.

Buna hazırıq, ya yox — həmin zaman görəcəyik. Bu haqda danışmaq qəribədir.

Oyunlar olsaydı, o zaman nəsə danışa bilərdik. Amma biz yenə də futbol oynayırıq — bizi qaytarana qədər bu işi atmamışıq".

FİFA və UEFA-nın qərarına əsasən, bütün Rusiya klubları və yığma komandaları beynəlxalq turnirlərdən uzaqlaşdırılıb. Buna səbəb 2022-ci ildə başlayan Ukrayna - Rusiya müharibəsidir

Andrey Lunyov ötən mövsüm "Qarabağ"ın heyətində Avropa Liqasının oyunlarında iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti