COP29

Premyer Liqa, I Liqa və II Liqada oyun “alver”i ilə bağlı MÜHÜM AÇIQLAMA

14 Yanvar 11:40 Problem 634
Premyer Liqa, I Liqa və II Liqada oyun “alver”i ilə bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycan futbolu “Şamaxı” və “Mingəçevir”də yaşanan danışılmış oyunlar şübhəsi ilə çalxalanmaqdadır.

Bəzi futbolçuların bir-iki illiyə, bəzilərinin isə ömürlük futboldan uzaqlaşdırılacağı deyilir.

Xatırlayırsızsa, ötən mövsüm bu problemlər “İrəvan”da yaşanmışdı. Nəticədə ciddi cəza ilə üzləşənlər oldu.

Belə görünür ki, Azərbaycan futbolunda danışılmış oyun, nəticələrin öncədən razılaşdırılması kimi söhbətlər 2024-də qalmayıb.

Ümumiyyətlə, Azərbaycan futbolunda danışılmış oyunlar varmı? Varsa, bunun əlamətlərini nədə görürsüz?

Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğlu “Futbol+”in bu sualını cavablandırıb:

“Azərbaycan futbolunda danışılmış oyunlar olmasaydı, AFFA, PFL və hüquq-mühafizə orqanları bu qədər faktın üstünü açmazdı.

Təbii ki, var. Danışılmış oyunlarla bağlı məsələ yetərincə ciddidir.

Mən sizin vasitənizlə həm AFFA-ya, həm PFL-ə, eyni zamanda, hüquq-mühafizə orqanlarına təşəkkürlərimi bildirirəm ki, bu məsələyə həmişə ciddi yanaşıblar.

Azərbaycan futbolunda nə qədər belə xoşagəlməz hadisənin üstü açılıb. Bunlarla da bağlı ölçü götürülüb.

Olmasaydı, Premyer Liqada, Birinci və İkinci Liqalarda nəzarətsizlik hökm sürərdi. Bu qədər nəzarət fonunda da belə neqativ hallar var.

Nəzarət olmasaydı, nələr baş verərdi? Bu sahəyə diqqət daha geniş xarakter daşıyacaq. Düşünürəm ki, bunun sayəsində bu kimi hallar daha az olacaq.

Elə bir məsələdir ki, buna gətirib çıxaran səbəblər çoxdur. Ən yaxşısı odur ki, bu hadisələr baş verməsin.

Kimlər bu işlərlə məşğuldursa və iştirak edirsə, layiqli cəzasını alıb və alacaq.

26 ildir media sektorunun içindəyəm. Bu 26 il ərzində minlərlə və ya daha çox oyun izləmişəm.

Ardıcıl izlədiyim futbolçu üç dəfə yaxşı oynayır, dördüncü dəfə tam fərqli oynayırsa, o barədə heç nə fikirləşmirəm. Artıq beş və ya altıncı dəfə də zəif çıxış edirsə, düşünürəm ki, futbolçuda bu qədər eniş ola bilməz.

Birinci və İkinci Liqada oyunlara baxanda hansısa qənaətə gəlmək olar. Düzdür, burada təcrübə önəmlidir.

Amma elə bir prosesdir ki, özün oyunları davamlı şəkildə izləyəndə nəticəyə gəlmək olar. Futbolçuları tanımadan nəsə demək olmaz.

Bir oyun əsasında qərar vermək olmaz. Ümumi çempionatın oyunlarını izləyirsənsə, müəyyən qənaətə gəlmək mümkündür”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı