İkinci Liqa təmsilçisi "Haypers Quba"da yaranmış maliyyə böhranı ilə sizə məlumat vermişdik.
Bölgə klubundan redaksiyamıza yeni məlumatlar daxil olub.
Deyəsən, Quba təmsilçisində problem daha dərindir.
Hər şey maliyyə böhranı ilə bitsəydi nə vardı.
Maaşları ödəyə bilməyən klub prezidenti Ayaz Abdullayev
etdiyi özbaşınalıqla futbolçuların səbr kasasını daha da daşırıb.
O, haqqını tələb edən kollektivi vecinə almır.
Bunu sizə təqdim edəcəyimiz fotoda aydın görəcəksiniz.
Hər kəsi şok edəcək yazışma futbolçu ilə Abdullayev arasında baş verib.
Futbolçunun saatlarla mesajına, zənginə cavab verməyən rəhbər şəxs sonda açıq şəkildə "Pulunuzu vermirəm, hara istəyirsən şikayət elə" deyə qarşı tərəfə mesaj ünvanlayıb.
Bu günlərdə AFFA-nın yeni İnkişaf Strategiyası elan edildi.
Əgər həmin strategiya planında da belə səriştəsiz idarəçilər yer alacaqsa, hansısa xoş gələcəkdən danışmaq yersizdir.
İlk öncə bu təfəkkürdə olan insanlar futbol sferasından kənarlaşdırılmalıdır. Ardınca inkişaf yolunda addımlamaq olar.
SPORTİNFO.AZ