Müğənni Nura Suri Los-Ancelesdə evi yanan idmançı oğlu Xosrovla bağlı yeni açıqlama yayıb.
Sportinfo.az xəbər verir ki, o, video paylaşaraq bunları söyləyib:
“Mənim və oğlum üçün narahat olan hər kəsə təşəkkür edirəm. “İnstaqram“da, “feysbuk“da tanımadığım insanlar yazıb, “keçmiş olsun“ deyirlər.
Minnətdarlığımı bildirirəm, narahat olmayın. Yaxşı ki, vaxtında təxliyə edildilər.
İndi orada gecədir, oğlum yuxudan oyansın, danışıb, ətraflı məlumat vetəcəyəm”.
Oğlu və gəlini ilə yazışmalarını paylaşan Nura bunları əlavə edib:
“Reklam üçün belə hadisələri bəhanə edən biri deyiləm. İnanmayanların başına gəlsin! Gecədən səhərə kimi telefonda olmuşam”.
Kikboksçu Xosrov Səttarov Amerikada dünya çempionu olub. O, “World Association Kickboxing Organization” yarışmasında bayrağımızı qaldırıb.