"Real"ın sabiq müdafiəçisi Roberto Karlos 15 ildir evli olduğu həyat yoldaşı Mariana Lukkondan boşanır.
Sportinfo.az xəbər verir ki, bu səbəbdən 51 yaşlı müdafiəçi evini tərk edib.
"Estadio Deportivo"nun yaydığı məlumata görə, o, müvəqqəti olaraq "Real"ın bazasında məskunlaşıb.
Əfsanəvi futbolçunun bu addımı atmasına səbəb Mariana Lukkonun R.Karlosla birgə evlərində, onun valideynlərinin isə veteran oyunçuya məxsus digər evdə yaşamasıdır.
Bildirilir ki, boşanma prosesi Karlos üçün çətin keçir. Braziliya mətbuatının yazdığına görə, onun 160 milyonluq sərvəti səbəbindən məhkəmə prosesi uzun çəkə bilər.
Roberto Karlosun Mariana Lukkondan 2, ümulikdə isə evli olduğu yeddi qadından on bir uşağı var.
R.Karlos hazırda bir vaxtlar çıxış etdiyi Madrid klubunun futbol səfiridir.