COP29

"O, məni intim videolarla hədələyir, çarpayımı çəkən 60-dan çox kamerası var idi"

6 Yanvar 03:00 Problem 860
"O, məni intim videolarla hədələyir, çarpayımı çəkən 60-dan çox kamerası var idi"

Məşhur argentinalı model və teleaparıcı Vanda Nara keçmiş əri, hazırda "Qalatasaray"ın formasını geyinən Mauro İkardiyə qarşı ittihamlar səsləndirib.

Sportinfo.az xəbər verir ki, Vanda canlı efirdə İkardinin onu intim videolar yaymaqla hədələdiyini bildirib.

O, həmçinin İkardini onu mediada rüsvay etmək üçün jurnalistlərə 20 min dollardan çox pul ödəməkdə ittiham edib:

"İkardi məni intim videolarla hədələyir. Onda çoxlu video olmalıdır. Mauro mənimlə 12 il yaşayıb. Çarpayımı çəkən 60-dan çox kamerası var idi", - Nara deyib.

Vanda iddia edib ki, ayrılanda İkardi onun həyatını məhv edəcəyinə söz verib.

"Spartak"ın keçmiş hücumçusu Keyta Balde ilə münasibəti ilə bağlı yayılan söz-söhbətlərə gəlincə, Vanda bunu təsdiqləsə də, bunların İkardidən ayrıldığı dövrdə baş verdiyini bildirib:

"Onun bundan xəbəri var, mən ona dedim. Gizlədəcək heç nə yoxdur".

Vanda lap əvvəl "Barselona"nın sabiq futbolçusu Maksi Lopeslə ailəli olub və ondan üç oğlu dünyaya gəlib. Daha sonra iki qızı olan Mauro İkardi ilə ailə qurub.

Digər Xəbərlər
Xəbər Lenti