COP29

Klub həkimi ağır vəziyyətdə, oğlu kömək istəyir:”Buna gücümüz çatmır, məcburuq ki…”

6 Yanvar 00:50 Problem 1 054
Klub həkimi ağır vəziyyətdə, oğlu kömək istəyir:”Buna gücümüz çatmır, məcburuq ki…”

“Dekabrın 20-də atamın vəziyyəti pisləşdi.

Qanında zəhərlənmə var.

Mən onda ölkə xaricindəydim. Apardılar bir neçə xəstəxanaya, lakin onlar qəbul etməyərək depozit tələb etdilər.

Sağ olsun “Səbail” bu işdən xəbərdar olub, köməklik göstərdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında uzun illər Azərbaycan futbolunda həkim kimi fəaliyyət göstərmiş Sədrəddin Məmmədovun oğlu Elnur Məmmədov deyib.

O, xəstəxanada olan atasının sağalması üçün yardım istədiyini bildirib: "Atamı “Məlhəm” klinikasına apardılar.

Ayın 20-28-nə qədər. Kluba təşəkkür edirəm ki, dəstək oldular. 12 min manat ödədilər.

Bundan sonra gücləri çatmadı. Bundan sonra öz gücümüzə müalicəni davam etdirdik.

İndiyədək komandanın da dəstəyi ilə birgə ümumilikdə 19 min 500 manat ödənilib. 400 manat borcumuz qalıb.

Hər gün ora ödəniş olunur. Hazırda buna gücümüz çatmır, məcbur oluruq ki, klublardan dəstək istəyək.

Çünki atam 1983-1999-cu ilə qədər çalışıb. Bununla yanaşı, “Neftçi”, “Qarabağ”da 5 il, “Turan-Tovuz”, “Araz-Naxçıvan”da çalışıb.

Yığma komandaların hamısında fəaliyyəti olub. Məcburam ki, müraciət edəm klublara. “Kəpəz” futbol klubunun rəhbərliyinə, “Qarabağ”a müraciət edirəm.

Çünki 40 il atamın futbolda əməyi olub. Heç kəsi məcbur etmək olmur, ancaq istəmirəm valideyinimi itirim.

Mənəvi dəstəkləri çoxdur, hər kəs hər gün maraqlanır. “Qarabağ”da çalışan Müşfiq Hüseynov da bunu bilən kimi kartımıza pul atdı.

Atamın vəziyyəti yaxşılaşmağa doğru gedir, sadəcə bizə əngəl olan ödənişi çatdıra bilməməyimizdir”.

Digər Xəbərlər
Xəbər Lenti