COP29

Məşqçi və futbolçular Rusiyadan Azərbaycana necə qayıdacaq?

2 Yanvar 19:00 Problem 1 179
Məşqçi və futbolçular Rusiyadan Azərbaycana necə qayıdacaq?

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı sərinişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması bəzi qadağalara səbəb oldu.

Cənab Prezident İlham Əliyevin xüsusi göstərişinə əsasən, Azərbaycandan Rusiyanın bəzi şəhərlərinə təyyarə reysləri qeyri-müəyyən müddətdə dayandırıldı: Mineralnıe Vodı, Volqoqrad, Soçi, Ufa, Samara, Saratov, Nijni Novqorod, Vladiqafqaz.

İndi sual doğuran məqamlardan biri Azərbaycan Premyer Liqasında top qovan və Rusiyanın bu şəhərlərindən Bakıya uçmağı planlaşdıran futbolçuların, eləcə də, ölkəmizdə çalışan məşqçilərin yanvarın ilk günlərində Azərbaycana necə qayıdacağıdır.

Narahatlığa gərək yoxdur.

Belə ki, məlum qərar yalnız AZAL-a məxsus təyyarələrə aiddir.

Bu, o deməkdir ki, yuxarıda göstərilən şəhərlərdən Bakıya uçmağı planlaşdıran şəxslər Moskva, yaxud Sankt-Peterburqa yön almaqla ikinci təyyarənin xidmətindən istifadə edib paytaxtımıza təşrif buyura biləcək.

Bir qədər artıq xərc və zəhmət tələb edən reys olsa da, Rusiyadan Azərbaycana gəlmək problem deyil.

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” sərnişin təyyarəsinin Rusiya ərazisində fiziki və texniki baxımdan kənar müdaxilə nəticəsində qəzaya uğramasının sonuçunda 3-ü ekipaj üzvü olmaqla 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR