“Demək olar ki, bütün olimpiya idman növləri inkişafdadır".
Sportinfo.az xəbər verir ki, bu açıqlama gənclər və idman naziri Fərid Qayıbova aiddir.
O, Qış Olimpiya Oyunlarında Azərbaycandan olan idmançıların çıxış etməsini istədiklərini söyləyib:
"Buna vaxt lazımdır. Yanvarda Şahdağda Dünya Kuboku keçiriləcək.
Orada idmançılarımız mübarizə aparacaq. Bizdə standartlara uyğun buz meydançası da istifadəyə verilib.
Şənbə-bazar getmək istəyən yer tapa bilməyəcək. Uzun növbələr var. Kompleks üçün maliyyə qazanmaq baxımından yaxşıdır.
Kütləvilikdən də idmançılar çıxır. Fiqurlu konkisürmə və hokkey bölmələri var.
Körlinq üçün Türkiyədən mütəxəssis də dəvət etmişik. Bu il Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma idman növünü görmək istəyirdim.
Daha əvvəl iştirak ediblər, amma bu dəfə alınmadı. Dadaş Dadaşbəyli kimi yaxşı idmançımız var.
Avropa çempionudur, dünya çempionatında gümüş medal qazanıb. Ona ümidlərimiz böyükdür.
Atçılığı da görmək istərdim, bu dəfə olmadı”.