"Bunun üçün bir çox işlər görülür. Hamımız istəyirik ki, tez olsun, amma mümkün deyil”.
Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova aiddir.
O, mütəxəssis çatışmazlığının olduğunu söyləyib:
“Bir məşqçinin yetişməsi üçün illər lazımdır. İdman akademiyamız var, orada bəzi dəyişikliklər etməyə çalışırıq.
Bu səbəbdə xaricdən mütəxəssislər dəvət edirik. Hər şey sürətlə inkişaf edir, sistem fərqlidir.
Düşünürəm ki, daha çox mütəxəssislər yetişdirməliyik. Rəqabətin artması üçün yerli məşqçilərin sayı da çox olmalıdır.
Bu zaman legioner gətirsələr də, bizimkilər daha üstün olacaq".