COP29

"Bu yanaşma İrəvana mütləq qəddar zarafat edəcək: buna kifayət qədər nümunələr var"

08:10 Problem 116
"Bu yanaşma İrəvana mütləq qəddar zarafat edəcək: buna kifayət qədər nümunələr var"

“Ermənistan rəhbərliyi getdikcə Avropaya inteqrasiyaya yönəldiyini və Avrasiya əməkdaşlıq formatlarından uzaqlaşdığını nümayiş etdirir.

Bu yanaşma İrəvana mütləq qəddar zarafat edəcək: buna kifayət qədər nümunələr var”.

Bu fikirlərin müəllifi yerli ekspert Arman Qukasyandır.

Kremyönlü erməni ekspert Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə geri dönməli olduğunu düşünür.

“Paşinyan Brüsselə can atmasının qiymətini başa düşürmü? Şübhəsiz ki. Amma indiki şəraitdə onun üçün ani vəziyyət daha önəmlidir. O, gələcəyə baxmır. Paşinyanın yeganə qayğısı hakimiyyəti saxlamaq və yenidən seçilmək imkanıdır. Buna nail olmaq üçün ermənilərə Avropa İttifaqında gözəl gələcək haqqında gözəl mənzərə göstərilir. Paşinyan hökumətinə görə, bu da guya yalnız onun rəhbərliyi altında mümkündür”, - deyə Qukasyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"