“ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir”.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ postsovet məkanında ümumiyyətlə uğursuzluqla üzləşməyə başlayıb.
Narışkinin sözlərinə görə, Ermənistan və Azərbaycan bütün məsələləri müstəqil həll etməyə üstünlük verərək, ABŞ və Avropa İttifaqının sülh yolu ilə nizamlanmaya dair tövsiyələrini dinləmirlər.