Mahir Emreli Almaniya II Bundesliqasında növbətini oyununu keçirib.
Onun formasını geyindiyi "Nürnberq" öz meydanında "Fortuna" ilə qarşılaşıb.
Məhsuldar keçən görüşdə qapılara 4 qol vurulub. Start heyətində yer alan Mahir 75-ci dəqiqədə əvəzlənib. "Nürnberq" isə son dəqiqələrdə qələbə hesabını əldən verib - 2:2.
Son 4 turda qələbə qazanan bilməyən Miroslav Klozenin komandası 19 xalla 12-ci pillədə qərarlaşıb.
Baş məşqçi "Fortuna" ilə görüşdən sonra futbolçularını sərt tənqid edib. Ötənlərin məşhur hücumçusu millimizin forvardını da qınaq obyektinə çevirib.
Kloze Emrelini qeyri-sabit çıxışdan dolayı tənbeh eləyib. Deyib ki, «qol orucu»nu pozmasa, əsas heyətdəki yerini itirə bilər.
SPORTİNFO.AZ