COP29

Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir - İrəvanda nə BAŞ VERİR?

3 Dekabr 07:50 Problem 191
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir - İrəvanda nə BAŞ VERİR?

Ermənistanda bir qrup müxalifət deputatı Xarici İşlər Nazirliyi və ölkə hökumətini onlara Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmaq imkanı verməyə məcbur etmək tələbi ilə məhkəməyə müraciət edib.

TASS bu barədə erməni parlamentarilərin bəyanatına istinadən məlumat yayıb.

“Deputatlar xarici işlər nazirinin 14 mart 2024-cü il tarixli qərarının qeyri-legitim kimi tanınmasını tələb edirlər. Bu qərarla onlara Azərbaycanla saziş layihəsi ilə tanış olmaq qadağan edilib”, - məlumatda deyilir.

Oktyabr ayında respublikanın baş naziri Nikol Paşinyan müxalifətə Azərbaycanla sülh müqaviləsi layihəsi ilə tanış olmağı qadağan etdiyini açıqlamışdı.

O, həmçinin “diplomatik etika” əsasında Bakı ilə müqavilənin mətninin dərc edilməməsini də tapşırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti