Premyer Liqanın 15-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Vərəqə limitini doldurduqlarına görə 2 komandadan 3 nəfər oyunları kənardan izləyəcək.
Maraqlıdır ki, bu futbolçuların hamısı 14-cü turda baş tutan “Sumqayıt” – “Şamaxı” qarşılaşmasında cəzalı duruma düşüb.
Söhbət “Şamaxı”lı Adil Nağıyevlə Vasiliye Bakiçdən, eləcə də “Sumqayıt”ın yarımmüdafiəçisi Cordan Rezabaladan gedir.
Noyabrın 29-da “Araz-Naxçıvan” – “Turan Tovuz”, “Sabah” – “Səbail”, ertəsi “Şamaxı” – “Kəpəz”, “Zirə” – “Sumqayıt”, dekabrın ilk günündə “Neftçi” - “Qarabağ” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ