Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Helsinkidə finlandiyalı həmkarı Elina Valtonenlə təkbətək görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan və Finlandiya XİN başçıları regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Mirzoyan Ermənistanın qonşuları ilə münasibətlərinin normallaşdırılması üçün göstərilən səylərdən bəhs edib.
Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.