COP29

Bu qidalar xərçəngə səbəb olur - Diqqətli olun!

07:20 Problem 123
Bu qidalar xərçəngə səbəb olur - Diqqətli olun!

İstehlak etdiyimiz qida və içkilərin temperaturu sağlamlığımıza birbaşa təsir edə bilər.

Temperaturu 60-70 dərəcədən yuxarı olan içki və qidaların istehlakı xərçəng riskini artırır.

Araşdırmalarla isti qidaların yemək borusu xərçənginə, ağızda yaralara, mədə ağrısı və mədə xərçənginə səbəb olduğu, dil və dişlərə zərər verdiyi sübut edilib.

İsti qidaların daimi istehlakı ağız boşluğunu, yemək borusunu və hətta mədənin selikli qişasını zədələyir. Bu, xroniki iltihabı təhrik edən termal yanıqlara səbəb olur və bu bölgələrdə bədxassəli şişlərin əmələ gəlmə riskini əhəmiyyətli dərəcədə artırır.

Toxumalar istiyə məruz qaldıqdan sonra özünü yeniləmək qabiliyyətinə malikdir, lakin təkrar istiyə məruz qaldıqda qabiliyyəti getdikcə azalır və xərçəngin yaranmasında ciddi rol oynayır.

Özünüzə və uşaqlarınıza sobadan yenicə çıxarılan və ya yeni bişirdiyiniz yeməklərdən uzaq saxlayın. Bir müddət soyuduqdan sonra istehlak edilməsinə diqqət edin.

Ağızda və ya boğazda yanma hissi isti yemək istehlakını dayandırmaq üçün bir siqnaldır.

Fərqində olmadan və ya təsadüfən bir-iki dəfə isti çay və ya isti yemək istehlakı birbaşa xərçəngə səbəb olmasa da, illərdir vərdiş halına gəldikdə xərçəng riskini xeyli artırır.

İsti və ədviyyatlı yeməklər isə yüksək temperaturu ilə birlikdə mədə və yemək borusu üçün daha böyük risk yaradır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur