Gəncədə uşaq liqaları yarışlarının bərpasına qərar verilib.
“Sportinfo”nun həftələrdir işıqlandırdığı problemi AFFA rəsmiləri həll edib.
Qısa olaraq bildirək ki, Gəncə şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar arenanın ərazisindəki şəraitsizliyə görə, şəhərin müxtəlif futbol məktəblərinin 40-a yaxın komandasında 800-dən artıq uşaq futbolsuz qalmışdı.
Daha doğrusu, paltardəyişmə və duş otaqları, eləcə də ayaqyolu olmadığından, məşqçilər və valideynlər mövcud durumla bağlı boykot qərarını vermişdi.
Bir aydan çoxdur işıqlandırdığımız mövzu ilə bağlı AFFA Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin yeni rəisi Emin Cəfərov Gəncədə səfər edib.
Assosiasiya rəsmisi məşqçilərlə görüşüb, onların giley-güzarını dinləyib, problemlərlə yerində tanış olub.
Cəfərov AFFA rəhbərliyi ilə məsləhətləşmələr aparandan sonra aşağı yaş qruplarından ibarət komandaların Göygöldə, U-13 və U-14 yaş qruplarının Gəncədə oynamasına dair qərar qəbul olunub.
HƏBİB