AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.
"Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.