COP29

“Heç kim maraqlanmır, xəstə adamam, kimdir mənə iş verən?”

11:20 Problem 171
“Heç kim maraqlanmır, xəstə adamam, kimdir mənə iş verən?”

Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a bir müddət əvvəl insult keçirən veteran futbolçu özü deyib.

O, dərmanlarla təmin olunsa da, maddi cəhətdən dəstək görmədiyini və bu səbəbdən iş axtardığını bildirib:

“Hər gün xəstəxanaya gedirəm, tok müalicəsi alıram, idman edirəm. Həkimlər ən azı daha bir il bərpa prosesi keçməli olduğumu deyiblər.

Dərmanlar içirəm. Xəstə adamam, kimdir mənə iş verən? Heç kim maraqlanmır, təklif etmirlər.

Dərmanlarımı almaqda Heydər Əliyev Fondu kömək göstərir. Ancaq maddi dəstək yoxdur, işləmək istəyirəm”.

52 yaşlı veteran futbolçu 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti