COP29

Rövşən Nəcəf bölgə klublarını aldadıb? - PUL QALMAQALI

3 Noyabr 09:50 Problem 2 273
Rövşən Nəcəf bölgə klublarını aldadıb? - PUL QALMAQALI

Birinci və İkinci Liqa klublarında ciddi maliyyə böhranı yaşanır.

Bir neçə klub hətta çempionatda iştirakını dayandırmaq barədə düşünür.

İlk baxışdan klub rəhbərləri günahkar görünə bilər.

Axı mövsümün əvvəli büdcəyə uyğun heyət formalaşdırmaq məsuliyyəti onların üzərindəydi.

Ki, indi də belə vəziyyət yaranmasın.

Aylar əvvəldən məlum idi ki, Birinci Liqa klublarına 300 min manat, İkinci Liqa təmsilçilərinə isə 50 min manat dövlət dotasiyası nəzərdə tutulub.

Bəs kollektivlər bu büdcə ətrafında niyə formalaşdırılımayıb?

Müəyyən araşdırmadan sonra məlum oldu ki, problemin kökü AFFA-ya gedib çıxır.

Belə ki, mövsümün startına az qalmış bir neçə bölgə klubu yarışlara qatılmaqdan imtina etməyi düşünürmüş.

Lakin vəziyyətin çıxılmaz olduğunu görən federasiya həmin klublara mövsümün gedişində əlavə maliyyə yardımı edəcəyi barədə vəd verib.

Yalnız bundan sonra klublar qərar dəyişikliyinə gedib.

Amma yeni mövsümün startından iki ay vaxt ötsə də Rövşən Nəcəfin komandasından səs çıxmayıb.

Nəinki əlavə yardım etmək, hətta dövlət dotasiyası belə doğru-düzgün iştirakçılara çatdırılmır.

Bu da haqlı olaraq narazılıqlara yol açıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu