COP29

Çempion futbolçu həyat yoldaşını və iki uşağını atdı - FOTOLAR

02:30 Problem 104
Çempion futbolçu həyat yoldaşını və iki uşağını atdı - FOTOLAR

"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes futbolçu karyerasına təsir edə biləcək mühüm qərar verib.

Ən azı buna ümid etdiyi görünür.

Sportinfo.az xəbər verir ki, Argentina nəşrlərinin yazdığına görə, futbolçu həyat yoldaşı Valentina Servantesdən ayrılmaq qərarına gəlib.

Səbəb qeyri-adi və qəribədir, xüsusən də hər şeyin ifadə tərzi: Fernandez həyat yoldaşına tək yaşamaq istədiyini deyib. Çünki həyatında praktiki olaraq bu mərhələ olmayıb.

Valentina Servantes karyerasının bütün eniş-yoxuşlarını Enzo Fernandeslə birlikdə yaşayıb. 22 yaşlı qız onun üçün Lissabondan Londona köçüb.

Evlənməzdən əvvəl təxminən dörd il görüşüblər və Enzo naminə Valentina müəllimlik karyerasını dayandırıb. Çünki bu ixtisasda işləyə bilməyəcək, daim dünyanı gəzəcəkdi.

Argentina millisi DÇ-2022-də qalib olduqdan sonra Valentina Enzonu "sonsuzluğa qədər" sevəcəyi sözlərini özündə əks etdirən ürəkdən bir yazı yazıb. Deyəsən, sonsuzluq sonlu oldu.

2023-cü ilin oktyabrında cütlüyün Benjamin adlı oğlu dünyaya gəlib. Cütlüyün həm də qız övladı var.

Göründüyü kimi, gənc ata Enzo Fernandes ailə və futbolun yaratdığı öhdəliklərdən başa aça bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 03:30 Üç pillə irəli getdi