COP29

“Sportinfo”nun işıqlandırdığı problemə bölgədə çıxış yolu tapıldı

21:20 Problem 200
“Sportinfo”nun işıqlandırdığı problemə bölgədə çıxış yolu tapıldı

Gəncədə ölkə futbolu adına yaşanan biabırçılıq barədə xəbər vermişdik.

Bildirmişdik ki, Nizami yurdunda uşaq və yeniyetmələr arasında (8-14 yaş aralığı) çempionatının keçirilməsi üçün şərait olmadığından, məşqçi və futbolçular geri çəkilib.

Futbolçuların soyunub-geyinmə və tualet otaqları olmadığı üçün 9 komandadan 20-yə yaxın məşqçi boykot qərarını verib və bu, üç həftədir davam edir.

Onlar şərait yaxşılaşdırılmayınca, çempionata qatılmayacaqlarını bildiriblər ki, bu barədə AFFA-dakı məsul şəxslərin də xəbəri var.

Redaksiyamıza daxil olan məlumata görə, xəbər mətbuatda işıqlandırılandan sonra məsul şəxslər əməli fəaliyyətə başlayıb. Dərhal “Kəpəz”in əsas adamı İlqar Nadiri və Gəncədəki Futbol Akademiyasının rəhbəri Cabir İbrahimovla əlaqə saxlanılıb.

İlkin variant kimi akademiya binasındakı soyunub-geyinmə otaqları və sanitar qovşaqların aşağı yaş qruplarından ibarət komandaların ixtiyarına verilməsi təklif olunub.

“Kəpəz” rəsmiləri buna qarşı çıxıb. Deyiblər ki, belə olacaqsa, yeni istifadəyə verilmiş bina qısa müddətdə sıradan çıxacaq.

Rəsmilərdən alternativ yol soruşulduqda, onlar meydanın kənarına əlavə iki vaqonun yerləşdirilməsini təklif edib. Həmin konteynerlər uşaq və yeniyetmə futbolçuların soyunub-geyinmə və tualet otaqları kimi istifadə olunacaq.

AFFA-dan problemin tezliklə aradan qaldırılması və çempionatların qısa müddətdə bərpası yönündə tapşırıq verilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti