COP29

Ramin Musayev 2 il dözdü, axırda səbri tükəndi, ŞİKAYƏT ETDİ - Umu-küsülü FOTO

21 Oktyabr 16:00 Problem 1 346
Ramin Musayev 2 il dözdü, axırda səbri tükəndi, ŞİKAYƏT ETDİ - Umu-küsülü FOTO

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev futbol ictimaiyyətindən inciyib.

Uzun illər PFL-ə rəhbərlik etmiş funksioner bununla bağlı paylaşım edib:

«Şaha dedilər ki, neçə nəfər dostun var? Şah dedi ki, hələ bilmək olmaz. Taxtdan düşəndən sonra dostların sayı bilinər».

Musayevin umu-kusu eləməyə tam haqqı çatır. 20203-cü ildə futbol sektoruna qədəms basmış idarəçi «Neftçi»də vitse-prezident postunu tutub.

2008-ci ildə PFL-in prezidenti seçilib və 2 il öncəyə qədər həmin vəzifəni tutub.

Ramin Musayev 2 il dözdü, axırda səbri tükəndi, ŞİKAYƏT ETDİ - Umu-küsülü FOTO

Hər iki iş yerində xeyli şəxsə əl tutub, onları işlə təmin edib. İstər əməkdaş olsun, istərsə də məşqçi və futbolçu. Neçə-neçə fiqur onun vasitəsilə bu sahəyə ayaq açıb, evinə çörək aparıb.

Ramin Musayevin güley-güzarı bu mənada başadüşüləndir.

Vəzifədə olduğu illərdə qapısının ağzında boyununu büküb dayananlar, iş üçün yalvarıb-yaxaranlar, əlini sıxmaq üçün növbəyə düzülənlər indi onu itirib-axtarmır, hal-əhvalını soruşmur.

Bilə-bilə ki, səhhətində problemlər var və hazırda heç yerdə çalışmır.

Ötən günləri göz önünə gətirsək, PFL-in eks başqanının şikayətlənməyə tam haqqı çatır. Dünyanın gərdişi belədir də, vəzifədəsənsə, hamı qabağına qaçacaq, vəzifədən getdinsə, salam verən də az olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti