COP29

“Özümü saxlamağa çalışıram, amma bacarmıram, psixoloqa gedirəm, bilmirəm”

21 Oktyabr 16:20 Problem 473
“Özümü saxlamağa çalışıram, amma bacarmıram, psixoloqa gedirəm, bilmirəm”

Rusiya çempionatının 12-ci turunun “Spartak”la oyunundan (3:0) sonra “Krasnodar”ın baş məşqçisi Murad Musayev cari mövsümdə aldığı sarı vərəqələrdən danışıb.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın sabiq çalışdırıcısı psixoloqa müraciət etdiyini deyib.

“Mən 5 sarı vərəqə ilə necə yaşayıram? İndi ciddi sual verirsiniz? Mən psixoloqa gedirəm, bilmirəm.

Mən heç vaxt hakimləri təhqir etmirəm. Kartlarıma görə cərimə ödəyirəm.

Özümü saxlamağa çalışıram, amma bacarmıram. Bir neçə oyunda sınadım, amma indi alınmadı.

Mən bütün kartları layiqincə aldım. Amma heç kimi təhqir etmirəm”, – Musayev deyib.

12 oyundan sonra “Krasnodar” 30 xal toplayıb və RPL turnir cədvəlində birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti