COP29

Ingiltərəyə gedən tanınmış azərbaycanlı futbol adamı ŞOK KEÇİRDİ!

21 Oktyabr 02:00 Problem 446
Ingiltərəyə gedən tanınmış azərbaycanlı futbol adamı ŞOK KEÇİRDİ!

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov qol.az-a müsahibəsində ölkədə futbol infrastukturunun aşağı səviyyədə olmasından narahatlığını ifadə edib.

Sportinfo.az xəbər verir ki, o, U-21 millimizin Avro-2025-in seçmə mərhələsində Şimali İrlandiya (0:5) və İngiltərə (0:7) ilə səfər oyunlarını zamanı komandanın düşərgəsində olub.

Mircavadovun dediyinə görə, Brtitaniyada şahidi olduğu futbolun şəraitinə heyran qalıb.

"Şimali İrlandiyanın 2 milyona yaxın əhalisi olsa da, ölkədə 250 stadion var. Özü də necə meydançalar? Bizim millimiz məşq etdiyi stadionda 12 meydança var idi. Onun 3-ü süni, 9-u isə təbii ot örtüklü idi. Çox yüksək səviyyədə meydançaları var. Orada futbola münasibət tam başqadır" - deyə Mircavadov bildirib.

O deyir ki, Azərbaycanda meydançalar bərbad durumdadır. Təcrübəli mütəxəsisisn fikrincə, Azərbaycan futbolunda nəticələrin yaxşılaşması üçün ik növbədə infrastruktur düzəlməlidir:

"Bizdə meydança yoxdur. Olanlar da bərbaddır. Bir meydançada 4-5 komanda çıxış edir. Dəfələrlə şahidi olmuşam ki, akademiyanın oyunçusu məşq edəndə 1.5 saat tamam olan kimi çıxarırlar çölə ki, o biri qrup gəlir. Axı məşqdən sonra heç olmasa 25-30 dəqiqə uşaqlara fərdi hərəkətlər verməlisən ki, onun üzərində işləsin. Yüksək səviyyədə oynamaq, nəticə qazanmaq istəyiriksə, ilk növbədə infrastruktur olmalıdır. Qəbələdəki kimi başqa bölgələrimizdə də şərait yaradılmalıdır.

İspaniyaya baxıb məətəl qalırıq. 16-17 yaşlı futbolçular əsas millidə oynayır. Niyə? Çünki öz klubunda oynayır, inkişaf edir. Onlar milliyə hazır vəziyyətdə gəlir. Yenə gəlib şəraitə çıxırıq. Bizdə hələ də normal bazası olmayan klublar var. Hansı ki, Premyer Liqada çıxış edirlər. Akademiyalarımızın çoxunda gündə bir məşq edirlər. Amma iki dəfə olmalıdır. Bir dəfə ona görə edirlər ki, meydançanın örtüyü dağılmasın. Bax, bizdə durum belədir. Aşağı yaş qruplarından həddindən çox problemlər var. Həm meydança, həm oyunçu, həm də məşqçi sarıdan çatışmazlıqlar mövcuddur".

Digər Xəbərlər
Xəbər Lenti