COP29

Xarici kluba yollanan azərbaycanlı məşqçini aldatdılar, ayrıldı, geri döndü

21 Oktyabr 01:10 Problem 936
Xarici kluba yollanan azərbaycanlı məşqçini aldatdılar, ayrıldı, geri döndü

Azərbaycanlı məşqçi Rüfət Quliyev "Biliş"dən ayrılmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Quliyev ailə vəziyyətinə görə Albaniyanı tərk edərək vətənə qayıdıb.

Amma ailə vəziyyətindən savayı da, Rüfət Quliyev "Biliş"də qalmasına mane olan digər səbəblər var.

Belə ki, klub rəhbərliyi öncədən razılaşdırılan müqavilə şərtlərinə əməl etməyib. Buna görə də, yaxın vaxtlarda Quliyevin "Biliş"dən ayrılacağı gözlənilir.

52 yaşlı məşqçi Albaniya Superliqasında yarışan "Biliş"in əsas komandasında köməkçi, əvəzedici heyətində və U-19 komandasında baş məşqçi kimi çalışır.

Digər Xəbərlər
Xəbər Lenti