COP29

“Mübahisə edirdik, sonra barışırdıq - Bilmirəm niyə hər şey düşmənçiliyə çevrildi”

17 Oktyabr 18:20 Problem 321
“Mübahisə edirdik, sonra barışırdıq - Bilmirəm niyə hər şey düşmənçiliyə çevrildi”

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə münasibətindən danışıb. Onlar “Mançester Yunayted”də birlikdə çalışıblar.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, fransalı futbolçu Mourinyoya çox hörmət etdiyini bildirib:

“Bizim yaxşı münasibətimiz var idi. Mübahisə edirdik, amma sonra barışırdıq.

Bilmirəm niyə hər şey düşmənçiliyə çevrildi. Bu münaqişəni qətiyyən mən başlamamışam.

Məşqçi ilə oyunçu arasında olduğu kimi, bizim fərqli fikirlərimiz var idi. Amma mən ona çox hörmət edirəm”.

Poqba gələn ilin martında futbola qayıda bilər. Onun dopinq qadağası 4 ildən 1,5 ilə endirilib.

Digər Xəbərlər
Xəbər Lenti