COP29

AFFA prezidenti vəzifəli şəxsi qəbul etmir, zənglərinə cavab vermir – Nələr baş verir?

17 Oktyabr 15:00 Problem 2 098
AFFA prezidenti vəzifəli şəxsi qəbul etmir, zənglərinə cavab vermir – Nələr baş verir?

AFFA rəhbərliyi arasında ciddi problem yaranıb.

Bu barədə redaksiyamıza mötəbər mənbələrdən yeni informasiya daxil olub.

Redaksiyamıza verilən məlumata görə, federasiya prezidenti Rövşən Nəcəflə icraçı vitse-prezident və baş katib Sərxan Hacıyevin «ulduzları barışmır».

Aprelin 2-də federasiyanın başına keçmiş SOCAR-ın şefi Hacıyevlə demək olar danışmır.

Uzun illərdir AFFA-da fəaliyyət göstərən və ötən illər ərzində müxtəlif vəzifələr tutmuş Sərxan bəy bir necə dəfə onunla təkbətək görüşməyə, özünə qarşı bu münasibətin səbəblərini öyrənməyə təşəbbüs göstərsə də, cəhdləri heç bir nəticə verməyib.

Başqan hər dəfə Hacıyevlə bir araya gəlməkdən yayınmayıb. Hətta o, icraçı vitse-prezidentin telefon zənglərinə və mesajlarına da əksər hallarda cavab vermir.

Hansısa vacib məsələ olanda isə Hacıyev Nəcəfin SOCAR-dakı köməkçilərinə müraciət edir.

Təbii ki, aylardan bəri davam eləyən bu soyuqluq Elxan Məmmədovun keçmiş köməkçisinə xoş gəlmir.

Sözügedən şəxs bundan bərk narahatdır və bu narahatlığını AFFA-nın vitse-prezidenti Balakişi Qasımovla bölüşüb, ondan dəstək istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti