COP29

"Klubun prezidenti ilə münasibətlərim yaxşıdır, onu ora mən aparmışam"

15 Oktyabr 17:40 Problem 2 053
"Klubun prezidenti ilə münasibətlərim yaxşıdır, onu ora mən aparmışam"

"Klubun prezidenti Besnik Kapllanaj ilə münasibətlərim yaxşıdır, onu da ora mən aparmışam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Yunis Yunisli deyib.

Məlum olduğu kimi, Amil Yunanovun Albaniyada işləri yolunda getmir.

Emmanuel Egbonun istəyilə "Byulis"ə transfer olunan forvard ilk matçını da elə onun rəhbərliyi altında "Vllzani"yə qarşı keçirmişdi.

Lakin bu qarşılaşmadan sonra Egbonu baş məşqçi postunda Nevil Dede əvəzlədi. Elə xoş olmayan gedişat da bundan sonra başlayıb.

49 yaşlı çalışdırıcı gələndən azərbaycanlı futbolçu ilk "18-lik"də yer almır.

Keçən mövsümə "Səbail"də başlayan, qış fasiləsindən sonra "Kəpəz"ə icərəyə verilən forvard ötən ay "Byulis"ə transfer olunub. Onun klub müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Y.Yunisli A.Yunanovun hazırkı problemlərini zədəylə əlaqələndirib:

"O, ayağından xəsaərt alıb. Düzdür, zədə çox da ciddi deyil, ancaq həkimlər məsləhət gördü ki, bir qədər müalicə alsın və özünü gözləsin.

Amil artıq məşqələ başlayıb, komandaya qoşulub. Son turlarda adının iştirak ərizəsində yer almaması sırf bununla bağlıdır.

Heç yerə getmək fikri yoxdur. Bura təzə gəlib hələ. Klubun rəhbərliyi və məşqçiləri Amilə çox güvənir.

Bir ay qabaq prezidentlə danışdım, dedim, "9 nömrə" kimi yaxşı futbolçum var, hazırda azad agent statusu daşıyır, sizə çox kömək edər.

Kapplanajə Amilin videolarını göndərdim, baxdı və bəyəndi. Amilin meydana çıxmaması müvəqqəti haldır.

O, Albaniyada adından söz etdirəcək. Hazırda klubunu dəyişmək fikri yoxdur, "Byulis"də qalacaq.

Bəli, Amil karyerası ərzində ilk dəfədir legioner həyatı yaşayır. Albaniya iamamilə fərqli ölkədir, öz mentaliteti var.

Amil 1 aydır oradadır və deyərdim ki, artıq Albaniyanın yaşayış tərzinə uyğunlaşıb. Futbolçumun orada uğurlu olacağına qətiyyən şübhə eləmirəm.

Albaniya Amil üçün perspektivli yerdir. "Byulis"dən daha yaxşı yerlərə gedə bilər".

Digər Xəbərlər
Xəbər Lenti