Ermənistan noyabrda Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Fəaliyyəti Sammitinə (COP29) qədər Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edir.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Ermənistan COP29-dan əvvəl sülh sazişini imzalamaq məntiqinə hazırdır.
Vurğulamaq istərdim ki, Ermənistan tərəflər arasında etimadın yaradılması və regionda sülhün bərqərar olması üçün bir vasitə kimi COP29-un Bakıda keçirilməsi qərarını dəstəkləyib”, - sözçü bildirib.