“Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus təxminən bir il əvvəl dizindən zədələnən komandanın hücumçusu Neymarın tezliklə meydana qayıtmasına ümid edir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Neymar təkcə “Əl-Hilal” üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı liqası üçün çox vacib oyunçudur.
Amma onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda onun vəziyyətini yenidən qiymətləndirəcəyik”.
Neymarın 2024-cü ildə meydana çıxacağı gözlənilmir.