COP29

İddialı klubda QALMAQAL! - Baş məşqçi çarəsiz duruma düşdü

21 Sentyabr 21:20 Problem 1 512
İddialı klubda QALMAQAL! - Baş məşqçi çarəsiz duruma düşdü

İkinci Liqanın debütantı "Hypers Guba" mövsümə uğurlu başlayıb.

Komanda arxada qalan 3 turun hamısında 3 xala sevinib.

Sadəcə "Araz Saatlı" ilə matçda protokol qaydası pozulduğu üçün bölgə klubuna texniki məğlubiyyət verilib.

Kənardan Vüqar Nadirovun baş məşqçi olduğu komandada işlərin yolunda getdiyi təəssüratı var.

Amma daxildə vəziyyət heç də ürəkaçan deyil.

Redaksiyamıza bu barədə məlumatı futbolçular ötürüb.

Onlar bildirib ki, öncədən razılaşdığımız şərtlərə əməl edilmir.

Maaşlar təyin olunandan az verilir. Komanda iki aydı bir araya gəlib. Hələ də məvacib üzünə həsrət qalanlar var.

Futbolçular kirayə qaldıqları evlərdən isə çıxarılıblar.

Kollektivin əksər üzvü baş məşqçinin dəvəti ilə kluba gəlib.

İndiki halda Nadirov da çarəsizdir. Yetirmələrinin problemini həll etmək iqtidarında deyil.

Əbəs deyil ki, ötənlərin məşhur hücumçusu ona üz tutan futbolçulara "Mən də rəhbərliyin yalançısıyam" - deyib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti