COP29

Məşhur idmançının atası Bakıda xəstəxanaya yerləşdirildi - FOTO

18 Sentyabr 02:50 Problem 455
Məşhur idmançının atası Bakıda xəstəxanaya yerləşdirildi - FOTO

Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı "Red Bull" pilotu Serxio Peresin atası Antonio Peres xəstəxanaya aparılıb.

Sportinfo.az "El Heraldo" nəşrinə istinadən xəbər verir ki, hadisə bazar günü Meksikanın paytaxtı Mexikoda baş verib.

Onun evində huşsuz vəziyyətdə tapıldığı yazılıb.

Meksikalı sürücünün agenti Esmeralda Mendoza şəxsi instaqram səhifəsində foto paylaşıb. O, A.Peresin durumunun sabit olduğunu bildirib.

Pilot Bakıdakı yarışın sonlarında qəza törədib. Məhz bundan sonra onun atasında infarkt əlamətləri olduğu vurğulanıb. A.Peres Qran-prini Meksikadakı evində izləyib.

Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olub

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM