COP29

Əcnəbi futbolçu Azərbaycan klubunu necə aldadıb? - ŞOK DETALLAR!

15 Sentyabr 21:15 Problem 3 688
Əcnəbi futbolçu Azərbaycan klubunu necə aldadıb? - ŞOK DETALLAR!

Qapıçı Najafi Amirhosseinlə "Baku Sportinq" klubu arasında baş verən qalmaqal barədə məlumat vermişdik.

Futbolçu video çəkərək müqaviləsi olduğu halda klub tərəfindən məşqlərə buraxılmadığını iddia etmişdi.

Məsələ ilə Birinci Liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Araz Əhmədov Sportinfo.az-a açıqlama verib.

Klub rəsmisi əsl həqiqətin tam başqa olduğunu dilə gətirib.

O, qalmaqalla bağlı şok təfərrüatları saytımıza açıqlayıb:

"İlk olaraq onu deyim ki, Najafi Amirhossein bizim kluba qapıçı kimi baxışa dəvət olunub. Daha əvvəl "Səbail"də çıxış edib, Azərbaycanın aşağı yaş milli komandalarında forma geyinib. Bizim kluba gələndə Azərbaycan vətəndaşı olduğunu göstərən xarici pasportu bizə təqdim edib. Baxışda olduğu müddətdə həmin sənədə əsaslanmışıq.

Daha sonra tibbi arayışın alınması, vöen açılması, asan nömrənin alınması üçün lazım olan əsas sənəd - Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi lazım olub. Ki, futbolçunun maaşını onun hesabına köçürə bilək.

Ondan şəxsiyyət vəsiqəsini verməsi tələb olunub. Futbolçu hər dəfə bir bəhanə ilə sənədi təqdim etməkdən boyun qaçırırdı. Gah deyirdi gətirəcəm, gah deyirdi gözləyin, gah da dedi ki, bəlkə onsuz müqavilə imzalayaq? Heç bir vəchlə vəsiqəni təqdim etmədi.

Sonrakı mərhələdə aydınlaşdı ki, bu adamın bizə təqdim etdiyi xarici pasportunda İrandan ölkəmizə girişi üçün vurulmalı olan giriş möhürü yoxdur. Bildirdik ki, hansı sənədlə Azərbaycana daxil olmusansa, həmin sənədi təqdim et.

Özünün dediyinə görə ikili vətəndaşlığı mövcuddur. Amma Azərbaycan qanunlarına görə vətəndaş ikili vətəndaşlıq daşıya bilməz. Məlum oldu ki, o, Azərbaycana İran İslam Respublikasına məxsus xarici pasportla daxil olub. Və paytaxt Bakıda bizə bildirmədən İran vətəndaşı kimi qeydiyyata düşüb. Təqdim etdiyimiz sənəddə göründüyüz kimi, onun qeydiyyat müddəti də bitib. Hətta ölkədən deport olunub.

Çox böyük təəssüflə qeyd edirəm ki, bizi aldadaraq kluba Azərbaycan ümumivətəndaşlıq pasportunu təqdim edib. İlkin mərhələdə həmin sənədlə prosesi aparmaq mümkün idi. Amma davamında şəxsiyyət vəsiqəsi mütləq lazım oldu. Bu adamın isə şəxsiyyət vəsiqəsi olmadığına görə onun sənədləşdirilməsi dayandırılıb. Çünki o, faktiki Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə sahib deyil. Bizi aldatdığına görə onu klubdan uzaqlaşdırmışıq.

Müvafiq qrumlarla maraqlana bilərsiniz. Onun müqaviləsi AFFA-da və Peşəkar Futbol Liqasında qeydiyyatdan keçməyib. Xarici klubdan gəldiyinə dair FİFA sənədini belə bizə təqdim etməyib. Sadəcə klubla futbolçu arasında müqavilə bağlanıb. Bizi aldadaraq İran vətəndaşı ola-ola Azərbaycan vətəndaşı kimi müqavilə bağladığı üçün həmin müqavilə də etibarsız sayılır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!